Bütün xəbərlər
"Qəbələ"dən ayrılan futbolçu atasının baş məşqçi olduğu komandadadır
Tarix: 19-06-2018 10:10 | Bölmə: Karusel

                       Onun Zaryada qalıb-qalmayacağı hələlik bilinmir

"Qəbələ"dən ayrılan futbolçu Vitali Vernidub Ukraynanın "Zarya" komandasının təlim-məşq toplanışına qatılıb.
"Report" Luqansk klubunun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi iyunun 18-dən başlanan hazırlıq prosesində iştirak edir.
Onun əsas komandada qalıb-qalmayacağı hələlik bilinmir. İyunun 30-dək Zaporojye şəhərində hazırlıq keçəcək "Zarya" ertəsi gün Sloveniyaya yollanacaq. V.Vernidub klubda qalsa, "Qəbələ" ilə Adriatik dənizi sahillərində görüşə biləcək.
Qeyd edək ki, "Zarya"nın baş məşqçisi Vitali Vernidubun atası Yuri Vernidubdur. "Qəbələ" ukraynalı legioneri ilə başa çatan müqaviləni uzatmayıb. 


Baxış sayı: 338


Bölməyə aid digər xəbərlər