Bütün xəbərlər
DÇ-2018: Bu gün Almaniya və Braziliya yığmaları ilk oyunlarını keçirəcəklər
Tarix: 17-06-2018 10:08 | Bölmə: Karusel

                        

Rusiyadakı futbol üzrə 2018-ci il dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək.

"Report"un məlumatına görə, qarşılaşmalar E və F qruplarında ilk tura təsadüf edəcək.
Əvvəlcə Kosta-Rika ilə Serbiya kollektivləri üz-üzə gələcəklər. Günün ikinci matçı dünya çempionu Almaniya ilə Meksika komandaları arasında olacaq. Son qarşılaşmada isə 5 qat dünya çempionu Braziliya İsveçrəni sınağa çəkəcək.
DÇ-2018
17 iyun
E qrupu
16:00. Kosta-Rika - Serbiya
Hakimlər: Malanq Didyu, Cibril Kamara, Əl-Hacı Samba (hamısı Seneqal), Bamlak Tessema Veyesa (Efiopiya), Tixon Kalugin (Rusiya)
Samara. "Samara Arena”
22:00. Braziliya - İsveçrə
Hakimlər: Sezar Ramos, Marvin Torrentera, Migel Ernandes (hamısı Meksika), Con Pitti, Qabriel Viktoriya (hər ikisi Panama)
Rostov-Don. "Rostov Arena”
F qrupu
19:00. Almaniya – Meksika
Hakimlər: Alireza Fağani, Reza Soxandan, Mohammadreza Mansuri (hamısı İran), Mohammed Abdulla Mohammed, Mohamed əl-Hammadi (hər ikisi BƏƏ)
Moskva, "Lujniki".


Baxış sayı: 374


Bölməyə aid digər xəbərlər