12:32 / 29-05-2020
TƏBRİK EDİRİK!
Türkiyəli aktyor azərbaycanlı tələbələrin kirayə pulunu verdi
Tarix: 22-05-2020 16:13 | Bölmə: Karusel

                   Türkiyəli aktyor azərbaycanlı tələbələrin kirayə pulunu verdi


Türkiyənin tanınmış aktyoru Onur Tuna İstanbulda təhsil alan azərbaycanlı tələbələrə yardım əlini uzadıb.
“Qafqazinfo”  xəbər verir ki, o, iş xanımı Ruhi Əliyevanın təşəbbüsünə qoşularaq, tələbələrə maddi və mənəvi dəstəyini nümayiş etdirib. Tələbələr həm kirayə ev, həm də gündəlik ərzaqla təmin olunublar.
Onur Tuna bu addımı atmaqla, bir daha məşhur “Bir millət, iki dövlət” deyimini yada salıb və Azərbaycana olan sevgisini nümayiş etdirib.
Qeyd edək ki, O. Tuna Ruhi Əliyevanın təşəbbüsü ilə çəkilən “Ağır romantik” filminin baş rol ifaçısıdır.



Baxış sayı: 80


Bölməyə aid digər xəbərlər