Bütün xəbərlər
Arvadı keçən il əfv olundu, özü isə bir il sonra
Tarix: 06-04-2020 20:25 | Bölmə: Karusel

                 Arvadı keçən il əfv olundu, özü isə bir il sonra

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb.
"Qafqazinfo"nun məlumatına görə, əfv olunanlar arasında Gülməmmədov Kərim Səlim oğlu da var.
1954-cü il təvəllüdlü K.Gülməmmədov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 7 iyul tarixli hökmü ilə məhkum edilmişdi.
Maraqlı məqam ondan ibarətdir ki, adıçəkilən şəxs həyat yoldaşı Gülməmmədova Mehriban Qəhrəman qızı ilə birgə 2014-cü ildə Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istinataqa cəlb olunub.
Həmin vaxt ümumilikdə 19 kiloqramdan artıq narkotik vasitənin İrandan qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycan ərazisinə qanunsuz daşınmasının qarşısı alınıb, bu hüquqazidd əməllərin törədilməsinə görə 11 nəfər şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, K.Gülməmmədovun xanımı da 2019-cu ilin martında Prezident İlham Əliyev Novruz Bayramı münasibətilə imzaladığı sərəncam əsasında əfv olunub.


Baxış sayı: 209


Bölməyə aid digər xəbərlər