Bütün xəbərlər
Bu şəxslər marketə getmək üçün icazə almayacaq
Tarix: 03-04-2020 23:44 | Bölmə: Karusel

                Bu şəxslər marketə getmək üçün icazə almayacaq

Daxili İşlər Nazirliyi "Kütləvi informasiya vasitələrinin, fasiləsiz fəaliyyət göstərən obyektlərin və müəssisələrin əməkdaşları, habelə müvafiq məlumatları “icaze.e-gov.az” portalına daxil edilmiş şəxslər ərzaq və digər gündəlik tələbat mallarını, dərman vasitələrini almaq üçün 8103 nömrəsinə SMS ilə müraciət etməlidirlərmi?" sualına aydınlıq gətirib.
DİN-dən "Qafqazinfo"ya verilən məlumata görə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında hərəkətinə yol verilən, barəsindəki məlumatlar işəgötürən tərəfindən “icaze.e-gov.az” portalına daxil edilmiş şəxslərin ərzaq və digər gündəlik tələbat mallarını, dərman vasitələrini almaq üçün əlavə icazə almasına zərurət yoxdur.
Qeyd edək ki, aprelin 5-dən etibarən vətəndaşlar zərurət yarandıqda yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər.


Baxış sayı: 330


Bölməyə aid digər xəbərlər