Bütün xəbərlər
Gəncənin icra başçısının müavini işdən çıxarıldı
Tarix: 03-04-2020 01:47 | Bölmə: Karusel

                 Gəncənin icra başçısının müavini işdən çıxarıldı

Gəncənin icra başçısının müavini vəzifəsindən azad edilib.
"Qafqazinfo"nun xəbərinə görə, Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini, Şəhər təsərrüfatı şöbəsinin müdiri Mikayıl Zeynalov işdən çıxarılıb. 
Onun öz ərizəsi ilə vəzifədən getdiyi bildirilir. 
Qeyd edək ki, M.Zeynalov 2011-ci ildən 2013-cü ilədək Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, 2013-ci ildən 2015-ci ilədək Gəncə şəhər İcra Hakimiyyəti başçısının I müavini, 2015-ci ilin mart ayından isə icra başçısının Şəhər təsərrüfatı məsələləri üzrə müavini vəzifəsində çalışıb.
Onun yerinə təyinat olmayıb.


Baxış sayı: 295


Bölməyə aid digər xəbərlər