Bütün xəbərlər
Daha 3 məntəqə ləğv edildi
Tarix: 23-02-2020 21:01 | Bölmə: Karusel

                 Daha 3 məntəqə ləğv edildi

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında 18 saylı Nərimanov-Nizami seçki dairəsindən 4 namizədin şikayətinə baxılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, onlar səsvermə zamanı çoxlu pozuntular olduğunu bildirərək həmin dairə üzrə nəticələrin ləğv edilməsini tələb ediblər. Səsvermə nəticəsində həmin dairə üzrə 10 saylı məntəqənin nəticələri etibarsız hesab edildiyi üçün ləğv edilib.
Dairə üzrə lider namizəd, keçmiş deputat Rasim Musabəyovdur.
***
118 saylı Ağdam şəhər seçki dairəsindən namizəd Musa Ağayevin də şikayətinə baxılıb. Namizəd səsvermə zamanı çoxlu pozuntular olduğunu bildirib. Səsvermə nəticəsində həmin dairə üzrə 25 və 33 saylı məntəqənin nəticələri etibarsız hesab edildiyi üçün ləğv edilib.
Həmin dairə üzrə lider namizəd, keçmiş deputat Bəxtiyar Əliyevdir


Baxış sayı: 252


Bölməyə aid digər xəbərlər