Bütün xəbərlər
Prezident Neftçalanın icra başçısını işdən çıxardı
Tarix: 20-02-2020 18:52 | Bölmə: Karusel

                 Prezident Neftçalanın icra başçısını işdən çıxardı

İsmayıl Məhərrəm oğlu Vəliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 
"Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. 
Qeyd edək ki, bu gün Dövlət Təhlükəsizlik Xidməti Neftçala rayon İcra Hakimiyyətində əməliyyat keçirib. DTX-nın yaydığı rəsmi açıqlamada bildirilir ki, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir


Baxış sayı: 320


Bölməyə aid digər xəbərlər