Bütün xəbərlər
Hacı Nuran xəstəxanaya yerləşdirildi
Tarix: 12-02-2020 01:38 | Bölmə: Karusel

                 Hacı Nuran xəstəxanaya yerləşdirildi

Tanınmış aparıcı Hacı Nuran Hüseynov xəstəxanaya yerləşdirilib.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat verib. 
"Son günlərin gərgin rejimi səhhətimdə bəzi problemlər yaratdı. Xəstəxananı sevməsəm də, bəzən sevmədiyimiz nələrəsə tabe olmalı oluruq. İnsan sağlamlığının qədrini xəstələnəndə bilir. Özümü heç də yaxşı hiss etmədiyimdən müalicəyə ehtiyac vardı. Elə bilirdim ki, günü-günə satmaqla, müalicənin vaxtını uzada biləcəm. Amma alınmadı. 2 saatdan bəri davam edən müayinədən sonra həkimlərin qərarı qəti idi: yataq rejimi. Beləcə, bir müddət müalicə almalıyam", - deyə aparıcı bildirib.


Baxış sayı: 287


Bölməyə aid digər xəbərlər