Bütün xəbərlər
Sabahkı seçkiyə bu qədər namizəd gedir
Tarix: 08-02-2020 11:52 | Bölmə: Karusel

                 Sabahkı seçkiyə bu qədər namizəd gedir

Sabahkı növbədənkənar parlament seçkilərində namizəd olmaq üçün 2431 nəfər Dairə Seçki Komissiyalarına müraciət edib. 2431 nəfərdən 1637 nəfərin namizədliyi qeydə alınıb. 
MSK-dan “Qafqazinfo”ya verilən məlumata görə, onlardan 321 nəfər namizədliyini geri götürüb. İki nəfərin namizədliyi isə Mərkəzi Seçki Komissiyasının qərarı əsasında ləğv edilib. Beləliklə, dünənki iclasda namizədliyi ləğv edilən şəxs də daxil olmaqla, hazırda deputat mandatı uğrunda mübarizə aparan namizədlərin sayı 1314 nəfərdir.  
Xatırladaq ki, təşviqat mərhələsi dövründə iki nəfərin namizədliyi ikili vətəndaşlıq olması faktına görə MSK tərəfindən ləğv edilib. Onlardan biri, sabiq Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu Rəşad Camalovdur. O, namizədliyini 46 saylı Şirvan seçki dairəsindən irəli sürmüşdü. 
Digər şəxsin namizədliyi isə MSK-nın dünən keçirilən iclasında ləğv edilib. Həmin şəxs 86 saylı İsmayıllı seçki dairəsindən namizədliyi irəli sürülən Məzahir Şahvələdovdur.


Baxış sayı: 285


Bölməyə aid digər xəbərlər