Bütün xəbərlər
Rahşan Ecevit dünyasını dəyişdi
Tarix: 18-01-2020 00:42 | Bölmə: Karusel

                 Rahşan Ecevit dünyasını dəyişdi

Türkiyənin keçmiş Baş Naziri Bülənt Ecevitin həyat yoldaşı Rahşan Ecevit 97 yaşında dünyasını dəyişib.
“Qafqazinfo” Türkiyə mediasına isitnadən xəbər verir ki, siyasətçinin bir müddətdir Gülhanə Hərbi Tibb Akademiyasında müalicə alan xanımı böyrək və ağciyər çatışmazlığından vəfat edib.
Qeyd edək ki, Rahşan Ecevit 1923-cü ildə Bursada anadan olub. Demokratik Sol Partiya ilə Demokratik Sol Xalq Partiyasının qurucusu və ilk rəhbəri olub. 1946-cı ildə Bülənt Ecevitlə ailə qurub.


Baxış sayı: 459


Bölməyə aid digər xəbərlər