Bütün xəbərlər
Sabiq nazir Putinin köməkçisi olacaq
Tarix: 17-01-2020 17:56 | Bölmə: Karusel

                   Sabiq nazir Putinin köməkçisi olacaq

Dmitri Medvedevin rəhbərlik etdiyi hökumətdə İqtisadi İnkişaf naziri olmuş Maksim Oreşkin Prezident Vladimir Putinin iqtisadi məsələlər üzrə köməkçisi olacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Prezidentin köməkçisi Andrey Belousov da yeni vəzifə alacaq. Agentliyin mənbələrinə görə, o, Baş Nazirin birinci müavini vəzifəsini icra edəcək. Hazırda bu yeri Maliyyə naziri Anton Siluanov tutur, lakin onun yeni təyinat alacağı barədə məlumat verilmir.
İqtisadi İnkişaf Nazirliyinə kimin rəhbərlik edəcəyi də məlum deyil.
Xatırladaq ki, Dmitri Medvedev hökuməti yanvarın 15-də istefaya gedib. Bəzi məlumatlara görə, Putinin milli layihələrin icrasından narazılığı buna səbəb olub.
Federal Vergi Xidmətinin (FTS) keçmiş rəhbəri Mixail Mişustin Baş Nazir təyin edilib.


Baxış sayı: 275


Bölməyə aid digər xəbərlər