Bütün xəbərlər
Narkoloji Mərkəzin baş direktoru işdən çıxarıldı
Tarix: 14-01-2020 16:24 | Bölmə: Karusel

                Narkoloji Mərkəzin baş direktoru işdən çıxarıldı

Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen vəzifəsindən azad edilib. 
“Qafqazinfo” Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı nazir Oqtay Şirəliyev əmr imzalayıb. Qeyd edilir ki, baş direktor öz xahişi ilə tutduğu vəzifədən azad edilib. 
Səhiyyə Nazirinin digər əmri ilə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov vəzifəsindən azad edilərək Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.


Baxış sayı: 312


Bölməyə aid digər xəbərlər