22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Jurnalistə Nazirlikdə yüksək vəzifə verildi
Tarix: 13-01-2020 19:11 | Bölmə: Karusel
          

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat olub.
Modern.az-ın məlumatına görə, Elşən Allahverdiyev Nazirliyin tabeliyindəki DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin Vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
Məlumatı Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Modern.az-a təsdiqləyib.
Qeyd edək ki, daha əvvəl Elşən Allahverdiyev Azərbaycan Televiziyasında (AZTV) baş redaktor, “CDB Bank” və “Günay Bank”da Marketinq və İctimaiyyətlə əlaqələr departamentlərində direktor, Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi vəzifələrində çalışıb.


Baxış sayı: 327


Bölməyə aid digər xəbərlər