Bütün xəbərlər
"Nərminin qatili tapılıb" dedilər... - Əmisi danışdı
Tarix: 10-01-2020 12:52 | Bölmə: Karusel

                    



Nərminin qatili olduğu deyilən İlkin qohumu deyil, yaxınlıqda yaşayan İlkin adlı şəxsdir.
Bu sözləri Axar.az-a açıqlamasında Tovuzun Dondar Quşçu kəndində qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın əmisi Lətif Quliyev deyib. O bildirib ki, hazırda İlkindən izahat alınır:
“Onun qatil olması haqda bizdə məlumat yoxdur”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə Teleqraf.com-a açıqlamasında Nərmin Quliyevanın qatilinin saxlanılması haqda yayılan məlumatların doğru olmadığını deyib.
Qeyd edək ki, mətbuatda Nərmin Quliyevanın qatilinin onun qohumu - 36 yaşlı İlkin adlı şəxs olması və saxlanılması barədə məlumat yayılıb.


Baxış sayı: 563


Bölməyə aid digər xəbərlər