Bütün xəbərlər
Rusiyada keçmiş mer həbs edildi
Tarix: 12-12-2019 23:49 | Bölmə: Karusel

               Rusiyada keçmiş mer həbs edildi

Rusiyanın Çelyabinsk əyalətinin keçmiş meri Yevgeni Teftelev iki ay müddətinə həbs edilib.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, sabiq mer külli miqdarda rüşvət almaqda ittiham olunub. Daha əvvəl dələduzluq faktında Teftelevə yaxınlığı ilə tanınan biznesmen və şəhər dumasının deputatı Sergey Seleşuk da şübhəli şəxs kimi dindirilib. 
Qeyd edək ki, Yevgeni Tefletev Çelyabinskə 2014-2018-ci illərdə rəhbərlik edib. 


Baxış sayı: 292


Bölməyə aid digər xəbərlər