Bütün xəbərlər
“Neftçilər”də özünü qatarın altına atan şəxsin kimliyi bilindi
Tarix: 12-12-2019 13:00 | Bölmə: Karusel

                                      

Dekabrın 11-də saat 18 radələrində metronun “Neftçilər” metrostansiyasının platformasında bir nəfər özünü qatar yoluna atıb.
Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, bu zaman orada olan DİN BİTİ-yə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən dərhal görülmüş tədbirlərlə həmin şəxs qatar yolundan çıxarılıb.
Onun Masallı rayon sakini V.Əzimov olması müəyyən edilib.


Baxış sayı: 240


Bölməyə aid digər xəbərlər