Bütün xəbərlər
ABŞ Senatı Türkiyə əleyhinə qanun layihəsini təsdiqlədi
Tarix: 11-12-2019 22:09 | Bölmə: Karusel

                  ABŞ Senatı Türkiyə əleyhinə qanun layihəsini təsdiqlədi

ABŞ Senatının Xarici İşlər Komissiyası Türkiyəyə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə senator Robert Menendes Tvitter səhifəsində yazıb. Qanun layihəsi Senatın tam tərkibdə müzakirəsinə çıxarılacaq. Onda hər hansı düzəliş edilə bilər.
Qeyd edək ki, ABŞ Rusiyadan S-400 zenti-raket kompleksini aldığına və Suriyanın şimalında hərbi əməliyyatlar keçirdiyinə görə Türkiyəyə qarşı sanksiyalar paketi hazırlayıb.


Baxış sayı: 350


Bölməyə aid digər xəbərlər