22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Rövnəq Abdullayev onu direktor təyin etdi - Foto
Tarix: 11-12-2019 21:17 | Bölmə: Karusel

                  Rövnəq Abdullayev onu direktor təyin etdi

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavoduna yeni direktor təyin olunub
"Qafqazinfo" xəbər verir ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə Məmmədov Bəxtiyar İbrahim oğlu Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru, zavodun keçmiş direktoru İsmayılov Elman Abbas oğlu isə SOCAR-ın emal üzrə vitse-prezidentinin müavini təyin olunub.
Bəxtiyar Məmmədov 1971-ci ildə anadan olub. Azərbaycan Neft Akademiyasını (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirdikdən sonra “Azərneftyağ” NEZ-də əmək fəaliyyətinə başlamış, 2015-ci ilə kimi zavodda müxtəlif vəzifələrdə çalışmışdır. 2015-2016-cı illərdə Heydər Əliyev adına NEZ-də şöbə rəisinin müavini, 2016-2019-cu illərdə isə Karbamid Zavodunun baş mühəndisi – direktor müavini işləyib.


Baxış sayı: 408


Bölməyə aid digər xəbərlər