Bütün xəbərlər
Misirdə 2 il əvvəl kilsəyə hücum edən terrorçu edam olundu
Tarix: 10-12-2019 19:24 | Bölmə: Karusel

                     Misirdə 2 il əvvəl kilsəyə hücum edən terrorçu edam olundu

2017-ci ildə Qahirədə Kopt kilsəsinə silahlı hücum edən terrorçu İbrahim İsmayıl edam olunub.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, ölüm cəzasına məhkum edilən İsmayıl asılıb.
Xatırladaq ki, terrorçunun kilsəyə hücumu nəticəsində 1-i polis əməkdaşı olmaqla 9 nəfər ölmüş, 4 nəfər yaralanmışdı. İbrahim yaxalanarkən onun üzərindən avtomat silah, 150 ədəd giliz, iki ədəd qumbara aşkarlanaraq götürülmüşdü.


Baxış sayı: 296


Bölməyə aid digər xəbərlər