22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Əlcəzairdə sabiq nazirlərə həbs cəzası verildi
Tarix: 10-12-2019 19:21 | Bölmə: Karusel

                     Əlcəzairdə sabiq nazirlərə həbs cəzası verildi

Əlcəzairdə keçmiş baş nazirlər, nazirlər və iş adamları həbs edilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “vəzifəsindən sui-istifadə, çirkli pulların yuyulması, dövlət əmlakını mənimsəmə, rüşvət” maddələri üzrə ittiham olunan sabiq Baş nazirlər Əhməd Uyahyaya 15 il həbs, 8 min dollar cərimə, Əbdülməlik Səllala isə 12 il həbs, 16 min dollar cərimə cəzası verilib.
Bundan başqa, keçmiş sənaye nazirləri Yusif Yusifi və Mahcub Biddeyin hər birinə 10 il, keçmiş turizm naziri Yaminə Zərhuni 5, Səllalın oğlu Faris Səllal 3 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Əlcəzair prezidenti Əbdüləziz Buteflika 5-ci dövr üçün prezidentliyə namizədliyini elan etdikdən sonra ölkədə etirazlar başlamışdı. Nəticədə Buteflika vəzifəsindən getmişdi. Ölkədə prezident seçkiləri dekabrın 12-nə təyin edilib. Seçkilərdə 24 milyon 474 min seçici səs verəcək. Ölkə xaricində yaşayan 914 min seçici isə artıq şənbə günündən səs verməyə başlayıb.


Baxış sayı: 334


Bölməyə aid digər xəbərlər