Bütün xəbərlər
Putinlə Zelenskinin ilk təkbətək görüşü baş tutdu
Tarix: 10-12-2019 08:14 | Bölmə: Karusel

                     Putinlə Zelenskinin ilk təkbətək görüşü baş tutdu

Parisdə Yelisey Sarayında keçirilən “normand dördlüyü”nün sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Vladimir Zelenskinin ilk təkbətək görüşü baş tutub. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “RİA Novosti” xəbər verib.
V.Putin ukraynalı həmkarı ilə görüşündən razı qaldığını bildirib. Öz növbəsində, Ukrayna Prezidentinin mətbuat katibi danışıqların çox uğurlu keçdiyini açıqlayıb.
Yelisey Sarayındakı mənbənin sözlərinə görə, Putinlə Zelenskinin tet-a-tet görüşü 15 dəqiqə davam edib.


Baxış sayı: 339


Bölməyə aid digər xəbərlər