Bütün xəbərlər
Azərbaycan idmançısı Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib
Tarix: 07-12-2019 16:21 | Bölmə: Karusel
             

Azərbaycan taekvondoçusu Milad Beiqi Harçeqani Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib. 
Modern.az-ın məlumatına görə, ikiqat dünya çempionu Moskvada keçirilən Qran-prinin finalına yüksəlməklə bu hüquqa yiyələnib. 
80 kq çəkidə mübarizə aparan idmançı dünya reytinqindəki mövqeyinə əsasən Tokio-2020-də millinin heyətində yer alacaq. Hazırda dünyada ikinci olan Olimpiya mükafatçısının lisenziyası dekabrın sonunda rəsmiləşəcək. İlin son reytinqinə əsasən Olimpiadaya yollanacaq ilk taekvondoçuların adları da dəqiqləşəcək.  
Qeyd edək ki, taekvondoçumuzdan öncə idman gimnastları Marina Nekrasova ilə İvan Tixonov, bədii gimnast Zöhrə Ağamirova, bu növdə qrup hərəkətləri üzrə komanda, atletikanın çəkicatma növündə Anna Skidan, üzgüçü Maksim Şemberev, güllə atıcısı Ruslan Lunyov, güləşçilər Mariya Stadnik (50 kq) və Şərif Şərifov (97 kq) da bu hüquqa yiyələnib. Həmçinin şosse velosipedində də idmançımıza iştirak hüququ verilib. 
Tokio Olimpiadası 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçiriləcək. 


Baxış sayı: 307


Bölməyə aid digər xəbərlər