Bütün xəbərlər
SOCAR dənizdə çalışan işçilərini təxliyyə edir
Tarix: 01-12-2019 18:21 | Bölmə: Karusel

                    SOCAR dənizdə çalışan işçilərini təxliyyə edir

SOCAR dənizdə hava şəraitinin kəskinləşməsi ilə əlaqədar təxliyyə tədbirlərinə başlayıb.
Qurumdan "Qafqazinfo"ya verilən məlumata görə, şirkət təhlükəsizlik tədbirlərini maksimum gücləndirib və dənizdə çalışan neftçilərin - işçilərinin təxliyyəsinə başlayıb.
Bu gün səhər başlayan təxliyyə tədbirləri axşam saatlarına qədər davam edəcək. Açıq səthlərdə, dəniz platformalarında aparılan bütün işlər dayandırılıb, əməliyyatlar məhdudlaşdırılıb və maksimum gücləndirilib. Dəniz platformaları ətrafında Fövqəladə Hallar Nazirliyinin gəmiləri də daxil olmaqla, mütəmadi növbətçilik həyata keçirilir. Hava şəraiti normallaşdıqdan sonra işçilərin iş yerlərinə qaytarılması təmin ediləcək.  


Baxış sayı: 260


Bölməyə aid digər xəbərlər