Bütün xəbərlər
Sabah Bakı-Pirşağı-Bakı qatarı hərəkətə başlayır - Cədvəl və qiymətlər
Tarix: 01-12-2019 18:15 | Bölmə: Karusel

                    Sabah Bakı-Pirşağı-Bakı qatarı hərəkətə başlayır


Sabunçu-Pirşağı-Sabunçu sahəsində infrastrukturun əsaslı təmir işlərinin başa çatması ilə əlaqədar bu istiqamətdə hərəkət edən elektrik qatarının marşrutu Pirşağı stansiyasına kimi uzadılır.
“Azərbaycan Dəmir Yolları” QSC-dən "Qafqazinfo"ya verilən məlumata görə, dekabrın 2-dən etibarən hələlik gün ərzində Bakıdan Pirşağıya və Pirşağıdan Bakıya 8 qatar hərəkətdə olacaq. O da qeyd edilib ki, hər şənbə, bazar və bayram günləri 6031/6032, 6039/3040 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.
Bakı-Pirşağı-Bakı marşrutu üzrə elektrik qatarının hərəkət və tarif cədvəlini təqdim edirik:





Baxış sayı: 1 469


Bölməyə aid digər xəbərlər