Bütün xəbərlər
Ova gedən İmişli sakini gülləyə tuş gəldi
Tarix: 01-12-2019 11:01 | Bölmə: Karusel



İmişlidə ov zamanı güllələnmə hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə Sarı Su gölünün rayon ərazisinə düşən hissəsində qeydə alınıb. İmişli şəhər Mikayıl Müşfiq küçəsində yaşayan, 1979-cu il təvəllüdlü Mahmudov Hikmət Güloğlan oğlu ov zamanı ehtiyatsızlıq edib, əlindəki ov tüfəngindən atəş açılıb.
Nəticədə güllə onunla birgə ova gedən həmyerlisi, 1984-cü il təvəllüdlü Yaqubov Samir Yusif oğlunun ayağına dəyib. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


Baxış sayı: 336


Bölməyə aid digər xəbərlər