Bütün xəbərlər
O videonu yayan şəxs saxlanıldı
Tarix: 08-11-2019 19:28 | Bölmə: Karusel

                        O videonu yayan şəxs saxlanıldı


Xəbər verdiyimiz kimi, bu gün bəzi KİV vasitələrində və sosial şəbəkələrdə guya 8-ci sinif şagirdinin atasının sifarişi ilə əmisi tərəfindən qətlə yetirildiyini əks etdirən videogörüntülər yayılıb.
"Qafqazinfo"nun məlumatına görə, ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət etməklə cəmiyyətdə geniş ajiotaja səbəb olmuş həmin videogörüntünü sosial şəbəkələr vasitəsilə yayılmasını həyata keçirmiş şəxsin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Şəmkir rayonunun Seyfəli kənd sakini, 21 yaşlı Musa Məmmədov şübhəli şəxs qismində saxlanılmış və barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Bu barədə DİN və Baş Prokurorluğun birgə yaydığı məlumatda deyilir.


Baxış sayı: 348


Bölməyə aid digər xəbərlər