Bütün xəbərlər
ABŞ bu terrorçuların yerini deyənə 10 milyon verəcək
Tarix: 08-11-2019 01:13 | Bölmə: Karusel

                  ABŞ bu terrorçuların yerini deyənə 10 milyon verəcək


ABŞ Xarici İşlər Nazirliyi “Əl Qaidə” terror təşkilatının rəhbər şəxslərinin yerini deyənə 10 milyon dollar mükafat verəcək.
“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, bunlar Saad bin Atıfal-Avlaki və İbrahim Əhməd Mahmud əl-Kusidir. Avlakinin “Əl Qaidə”nin Yəməndəki, Kusinin isə Ərəbistan yarımadasındakı rəhbər üzvü olduğu bildirilir. Avlakinin yerini deyənlərə 6 milyon dollar, Kusi üçün isə 4 milyon dollar mükafat veriləcək.
Qeyd edək ki, terroçular ABŞ-a qarşı hücum edilməsi üçün açıq-aşkar çağırış etdikləri üçün axtarılır.


Baxış sayı: 330


Bölməyə aid digər xəbərlər