09:56 / 17-11-2019
TƏBRİK EDİRİK!
Gürcüstanda nazir istefa verdi
Tarix: 07-11-2019 11:32 | Bölmə: Karusel

                    Gürcüstanda nazir istefa verdi


Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri Mixail Batiaşvili istefaya gedib.
“Qafqazinfo”nun xəbərinə görə, bu barədə ölkənin Baş Naziri Georgi Qaxariya hökumətin iclasında bəyan edib.
Onun sözlərinə görə, Batiaşvili şəxsi istəyi əsasında vəzifəsini tərk edib.
“Əlbəttə ki, hər şeydən əvvəl cənab Batiaşviliyə göstərdiyi zəhmətə, təhsildə sistemli və son dərəcə vacib bir islahata başlamasına və əlbəttə ki, son illərdə idman, elm və digər sahələrdə qazandığımız uğurlara görə təşəkkür etməliyik”, -deyə Baş Nazir bildirib.
O, Batiaşvilinin yerinə kimin gətiriləcəyi barədə məlumat verməyib.
Qeyd edək ki, M. Batiaşvili 2018-ci ildən nazir postunda olub.


Baxış sayı: 50


Bölməyə aid digər xəbərlər
9-11-2019, 10:56 İltifat Saleh vəfat etdi