Bütün xəbərlər
İraqda etirazçılar ölkənin əsas dəniz limanına nəzarəti ələ keçirdilər
Tarix: 06-11-2019 11:51 | Bölmə: Karusel

                     İraqda etirazçılar ölkənin əsas dəniz limanına nəzarəti ələ keçirdilər


İraqda nümayişçilərin polis və hərbçilərlə şiddətli toqquşmaları ölkənin əsas dəniz limanına - Um Qasra çatıb.
“Qafqazinfo” “REN TV”yə istinadən xəbər verir ki, əvvəlcə etirazçılar limana aparan bütün yolları bağlayıblar, sonra nəzarətə götürüblər. 
Qeyd edək ki, Baş nazirin mitinqi dayandırmaq çağırışlarına və istefa vədinə baxmayaraq, iğtişaşlar sakitləşmir. 
Xatırladaq ki, 1 oktyabrdan İraqda kütləvi xalq etirazları keçirilir. Etirazlar zamanı yüzlərlə insan öldürülüb.
Nümayişlərə səbəb həyat şəraitinin yaxşılaşdırılması, işsizliyə və korrupsiyaya son qoyulması, hökumətin istefası tələbləridir. 


Baxış sayı: 354


Bölməyə aid digər xəbərlər