Bütün xəbərlər
İran noyabrın 6-dan uranın zənginləşdirilməsinə başlayacaq
Tarix: 06-11-2019 01:44 | Bölmə: Karusel

                   İran noyabrın 6-dan uranın zənginləşdirilməsinə başlayacaq


İran noyabrın 6-dan etibarən Fordoda yerləşən obyektdə uranın zənginləşdirilməsinə başlayacaq.
APA RİA Novostiyə istinadla xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib. 
O bildirib ki, Fordodakı obyektdə uran 5 faizlə zənginləşdiriləcək.
Qeyd edək ki, bundan əvvəl İran prezidenti noyabrın 6-dan etibarən Rəsmi Tehranın dördüncü dəfə nüvə sazişi üzrə öhdəlikləri yerinə yetirməkdən imtina edəcəyini və Fordodakı müəssisədə uranı qazla təmin etmək üçün sentrifuqalardan istifadə etməyə başlayacağını açıqlamışdı. 
 


Baxış sayı: 323


Bölməyə aid digər xəbərlər