09:56 / 17-11-2019
TƏBRİK EDİRİK!
ABŞ sanksiyalar syahısına Xameneinin yaxın əhatəsini də salıb
Tarix: 04-11-2019 23:54 | Bölmə: Karusel

                              

ABŞ-ın Maliyyə Nazirliyinin İrana qarşı tətbiq etdiyi sanksiyalar bu ölkənin ali lideri Ayətullah Əli Xameneiyə və onun əhatəsindəki şəxslərə qarşı hesablanıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Tehrandakı səfirliyinin 1979-cu ildə tutulmasının ildönümü münasibəti ilə keçirilən brifinqin gedişatında Amerika administrasiyasının yüksək vəzifəli əməkdaşı jurnalistlərə bildirib.
O, qeyd edib ki, İranın ali liderinə və onun əhatəsindəkilərə qarşı sanksiyaların tətbiqi onun ABŞ tərəfindən qəbul edilməsinin əhəmiyyətli nümayişidir: "İran rejimi son 40 il ərzində heç dəyişməyib. Bu, inqilabçıların çirkli əllərinə düşən həminki dəstədir, hansılar ki, 1979-cu ildə hakimiyyətə gəldilər", - o bildirib.
Daha əvvəl ABŞ-ın Maliyyə Nazirliyi Tehranla bağlı sanksiyalar siyahısının genişləndirildiyini elan edib.
Siyahıya İranın Silahlı Qüvvələrinin Baş Qərargahı, o cümlədən Baş Qərargahın rəisi Məhəmməd Hüseyn Baqiri, bir sıra generallar, ruhanilər, məmurlar, həmçinin ölkənin 9 vətəndaşı daxil edilib.  


Baxış sayı: 54


Bölməyə aid digər xəbərlər
9-11-2019, 10:56 İltifat Saleh vəfat etdi