09:56 / 17-11-2019
TƏBRİK EDİRİK!
“Həbs edilən sabiq məmur icra başçısının qohumu deyil”
Tarix: 04-11-2019 18:23 | Bölmə: Karusel

                    “Həbs edilən sabiq məmur icra başçısının qohumu deyil”


Daxili İşlər Nazirliyindən oğurluğa görə həbs edilən Göyçay Şəhər Gənclər Mərkəzinin sabiq direktoru Səməd Cəbrayılovla bağlı açıqlama verilib.
Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, S.Cəbrayılovun Göyçay Şəhər İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə ilə qohum olması barədə yayılan məlumatlar doğru deyil: “Səməd Cəbrayılov yerli sakindir, Mehdi Səlimzadə isə başqa rayondandır. Həmin şəxs əvvəllər Göyçay Rayon İcra Hakimiyyətində vəzifədə işləyib. Məhz indiki başçı Mehdi Səlimzadə tərəfindən işdə yol verdiyi nöqsanlara və vəzifəsindən sui-istifadə etdiyinə görə vəzifədən azad olunub. 
Qeyd edək ki, Göyçay rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan İran vətəndaşına və onun Bakıda yaşayan iş ortağı Məmməd Əliyevə məxsus təsərrüfatdan oğurluq edən Göyçay Gənclər Mərkəzinin keçmiş rəhbəri və Göyçay rayon İcra Hakimiyyətinin sabiq şöbə müdiri Cəbrayılov Səməd Surxay oğlu şübhəli şəxs qismində saxlanılıb. Sahibkar polis şöbəsinə müraciət edərək, rayonun Mirzəhüseynli və Şəhadət kəndləri ərazisində icarəyə götürdüyü torpaq sahəsində taxıl, çəltik və yonca əkini ilə məşğul olduğunu və ona məxsus təsərrüfata qanunsuz daxil olmaqla böyük həcmli “Generator su pompası” və “Taxta konstruksiya tipli ev”in oğurlandığını bildirib. Nəticədə İran vətəndaşına və onun iş ortağı olan Məmməd Əliyevə 8 min 500 manat maddi ziyan vurulub.
Məlumata görə, S.Cəbrayılov Göyçay RİH-də şöbə rəisi olub. Onun bu əməlləri törədərkən icra başçısı Mehdi Səlimzadənin adından sui-istifadə edərək özünü onun qohumu kimi təqdim edib.


Baxış sayı: 69


Bölməyə aid digər xəbərlər
9-11-2019, 10:56 İltifat Saleh vəfat etdi