Bütün xəbərlər
Dmitri Medvedev Bakıda anadan olan yazıçının yubileyini təbrik edib
Tarix: 03-11-2019 15:15 | Bölmə: Karusel

                                 

Rusiyanın Baş naziri Dmitri Medvedev yazıçı Leonid Zorini 95 illik yubileyi münasibətilə təbrik edib.
“Report” “RİA Novosti” xəbər verir ki, müvafiq təbrikin mətni Nazirlər Kabinetinin saytında dərc edilib.
Baş nazir vurğulayıb ki, Zorin həmişə teatrsevərlərin səmimi marağına və alqışlarına səbəb olan pyeslərin müəllifidir. 
Medvedev, həmçinin Zorinin ssenariləri əsasında çəkilən filmlərin Rusiya kinosunun ən yaxşı əsərlərindən olduğunu qeyd edib.
Dramaturq, nəsr yazıçısı Zorin 1924-cü ildə Bakıda anadan olub. 1946-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini (İndiki Bakı Dövlət Universiteti - red.) bitirib. Daha sonra yazıçı Maksim Qorki adına Ədəbiyyat İnstitutunun qiyabi şöbəsinə daxil olub.
L.Zorin “Karnaval”, “Varşava təranələri”, “Dion” pyesi kimi məşhur olan digər dram, roman və kitabların müəllifidir.


Baxış sayı: 346


Bölməyə aid digər xəbərlər