Bütün xəbərlər
Daxili İşlər Nazirliyinin idarə rəisi GÜLLƏLƏNDİ
Tarix: 03-11-2019 00:54 | Bölmə: Karusel
           

Rusiya Daxili İşlər Nazirliyinin İnquşetiyadakı ekstremizmə qarşı mübarizə mərkəzinin rəisi İbrahim Eldzarkiyev noyabrın 2-də Moskvanın qərbində güllələnib.
Modern.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hadisənin Akademik Anoxin küçəsində baş verdiyi bildirilir.
Qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.
Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, Eldzarkiyevin öldürülməsi sifarişdir və rəsmi fəaliyyəti ilə əlaqədardır. Bu, istintaqın əsas versiyasıdır, baxmayaraq ki, digər səbəblər də nəzərə alınır.
Mənbə bildirib ki, Eldzarkiyev respublikadakı dini ekstremist qrupları ilə konfliktdə idi və ona dəfələrlə hədə-qorxu gəlinmişdi.
Eldzarkiyev Moskvaya şəxsi işləri ilə bağlı gəlibmiş. Onunla birgə qardaşı və bir yüksək rütbəli polis zabiti də güllələnib. Cinayətkarın xarici avtomobildə qaçıb aradan çıxdığı bildirilir.
Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, daha əvvəl 2019-cu ilin yanvarında Eldzarkiyevə sui-qəsd cəhdi edilmişdi. O zaman  İbrahim Eldzarkiyev Çeçenistandan İnquşetiyaya qayıdanda maşını pulemyotlardan atəşə tutulmuşdu. Nəticədə onunla bir avtomobildə gedən üç polis ağır yaralanmış, özü isə xəsarət almamışdı..



Baxış sayı: 357


Bölməyə aid digər xəbərlər