Bütün xəbərlər
Tatarıstanda 30-dan çox uşaq zəhərləndi
Tarix: 02-11-2019 17:20 | Bölmə: Karusel

               

Rusiyanın Tatarıstan Respublikasında 30-dan çox uşaq hoteldə zəhərlənib.
Trend-in məlumatına görə, Kazan şəhərində 6-10 yaş arasında 31 uşaq zəhərlənmə simptomu ilə həkimə müraciət edib.
Onlardan 6 nəfəri xəstəxanaya yerləşdirilib.
Məlum olub ki, uşaqlar hotelin restoranında yemək yedikdən sonra zəhərlənib. Tatarıstan prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb.


Baxış sayı: 281


Bölməyə aid digər xəbərlər