09:56 / 17-11-2019
TƏBRİK EDİRİK!
Maskalı şəxslər Sabirabadda tanınmış bələdiyyə sədrinin evinə silahlı basqın etdi
Tarix: 02-11-2019 17:09 | Bölmə: Karusel

                    


Sabirabad rayonunda bələdiyyə sədrinin evinə basqın edilib.
Trend-in məlumatına görə, hadisə rayonun Qaratəpə kəndində baş verib.
Kənd sakini, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü, Sabirabad rayon Qaratəpə bələdiyyəsinin sədri Fatma Hüseynova bu barədə polisə müraciət edərək bildirib ki, gecə saatlarında onun yaşadığı evə 4 nəfər maskalı şəxs basqın edərək bacısı Tamam Hüseynovanın boyun nayihəsindən vurub. Daha sonra naməlum şəxslər T.Hüseynovanı otağa çəkərək ağzını yapışqan lentlə bağlayıb, onu döyərək pul tələb ediblər. Bacısının səsinə oyanan F. Hüseynova da maskalı şəxslərin hücumuna məruz qalıb.
Maskalı şəxslər onun da ağzını bağlayaraq bıçaqla hədələyiblər. Ailə üzvlərinin səsə oyandığını görən naməlum şəxslər hadisə yerindən qaçıblar.
Faktla bağlı cinayət işi başlanıb.


Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər
9-11-2019, 10:56 İltifat Saleh vəfat etdi