00:06 / 12-11-2019
TƏBRİK EDİRİK!
Azərbaycan Premyer Liqası: "Sumqayıt" səfərdə "Səbail"i məğlub edib
Tarix: 20-10-2019 23:06 | Bölmə: Karusel

                                   

Azərbaycan Premyer Liqasında VIII turun son oyunu keçirilib.
"Report"un məlumatına görə, "ASCO Arena"da "Səbail" "Sumqayıt"ı qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. İlk topu 47-ci dəqiqədə Peyman Babayi vurub. Uzatma dəqiqələrində isə Elvin Cəfərquliyev yekun nöqtəni qoyub.
"Sumqayıt" bu qələbə sayəsində xallarını 10-a çatdırıb və "Zirə"ni geridə qoyaraq 5-ci pilləyə yüksəlib. 
"Gənclik şəhəri" təmsilçisi eyni xala malik "Səbail"dən yalnız şəxsi göstəricilərdə geri qalır.
Qeyd edək ki, turun ilk 3 oyununda "Qəbələ" "Qarabağ"la, "Keşlə" "Sabah"la heç-heçə edibsə, "Neftçi" "Zirə"yə böyük hesabla qalib gəlib - 3:0.


Baxış sayı: 48


Bölməyə aid digər xəbərlər
9-11-2019, 10:56 İltifat Saleh vəfat etdi