Bütün xəbərlər
Sevinc Abbasovaya cəza istənildi - Foto+Video
Tarix: 16-10-2019 13:33 | Bölmə: Karusel

                   Sevinc Abbasovaya cəza istənildi


Bu gün Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovaya cəza istənilib.
“Qafqazinfo” xəbər verir ki, hakim Azər Tağıyevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək S. Abbasovaya cəza istəyib. O, keçmiş direktorun 3 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılmasını tələb edib.
                         
Amma Abbasova ev dustaqlığında olduğu üçün prokuror 6 ay müddəti çıxılmaqla, yekun olaraq onun 2 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılmasını istəyib.






Baxış sayı: 358


Bölməyə aid digər xəbərlər