Bütün xəbərlər
Məşhur aktyor beyin xərçəngindən öldü
Tarix: 13-10-2019 19:06 | Bölmə: Karusel

                      Məşhur aktyor beyin xərçəngindən öldü


Amerikalı aktyor Robert Forster 78 yaşında Los-Ancelesdə (ABŞ) dünyasını dəyişib.
“Qafqazinfo”nun “Euronews”a istinadən məlumatına görə, aktyorun ölümünə səbəb beyin xərçəngi olub.



Qeyd edək ki, R.Forster aktyorluq karyerası boyu 170-dən çox filmdə çəkilib. Ona məşhurluq gətirən isə Kventin Tarantinonun “Ceki Braun” filmi olub. O, bu ekran işində yaratdığı obraza görə “Ən yaxşı ikinci plan kişi rolu” nominasiyasında “Oskar”a namizəd olub. Forster sonuncu dəfə “El Camino: A Breaking Bad Movie” filmində rol alıb.


Baxış sayı: 305


Bölməyə aid digər xəbərlər