Bütün xəbərlər
Biləsuvarda dəhşətli faciə, oğul anasını traktorla vurub öldürdü
Tarix: 12-10-2019 18:32 | Bölmə: Karusel

                        


Biləsuvar rayonunda ölümlə nəticələnən qəza baş verib.
Trend-in məlumatına görə, hadisə rayonun Səmədabad kəndində olub.
Kənd sakini, 1993-cü il təvəllüdlü Məmmədov Fəqan Mirzəbala oğlu yaşadığı evin həyətində traktoru işə salarkən traktor qəfil hərəkətə gəlib və həyətin darvazasını açmaq istəyən anası, 1959-cu il təvəllüdlü Məmmədova Umnisə Əliş qızını vurub.
Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.


Baxış sayı: 281


Bölməyə aid digər xəbərlər