22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Türkiyə son dəqiqə qolu ilə qələbə qazandı
Tarix: 12-10-2019 01:06 | Bölmə: Karusel

                  Türkiyə son dəqiqə qolu ilə qələbə qazandı


Bu gün Avro-2020-nin seçmə mərhələsində 7-ci turun növbəti oyunları keçirilib.
"Qafqazinfo" xəbər verir ki, H qrupunda yer alan Türkiyə millisi də doğma azarkeşləri önündə Albaniya yığmasını qəbul edib.
Oyunda yeganə qol 90-cı dəqiqədə vurulub. Cenk Tosunun vurduğu qol "ay-ulduzlular"a 1:0 hesablı qələbə qazandırıb. Bu qələbədən sonra Şenol Günəşin komandası xallarının sayını 18-ə yüksəldərək qrupda liderliyə yüksəlib. 
Qrupun digər matçında isə Fransa İslandiya üzərində 1:0 hesablı qələbə qazanıb. Fransızlar 18 xalla qrupda ikincidir.
11 oktyabr
H qrupu
22:45. Türkiyə - Albaniya - 1:0
Qol: Cenk Tosun


Baxış sayı: 277


Bölməyə aid digər xəbərlər