Bütün xəbərlər
DİN rəsmisi: Seçkilərdə kimlərinsə məntəqələrin işinə mane olmasına imkan verilməyəcək
Tarix: 11-10-2019 13:33 | Bölmə: Karusel

                                  


Qarşıdan gələn bələdiyyə seçkilərində məntəqə seçki komissiyalarını narahat edən bütün məsələlər vaxtında, operativ şəkildə həll ediləcək.
Trend-in məlumatına görə, bunu Daxili İşlər nazirinin müavini Oruc Zalov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdəndir:
"Azərbaycan bu gün cinayətlərin ən az baş verdiyi ölkələrdəndir. Bunun nəticəsidir ki, ölkəmizdə hər il onlarla beynəlxalq tədbir keçirilir və təhlükəsizlik baxımından heç bir problem yaranmır".
O.Zalov bildirib ki, səsvermə hüququ olan şəxslərin şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi məsələsi nəzarətdə saxlanılır.
Nazir müavininin sözlərinə görə, seçkilərdə seçki bülletenləri yerlərə vaxtında çatdırılacaq, səsvermədən sonra isə onların müvafiq yerlərə çatdırılması da təmin ediləcək.
O.Zalov əlavə edib ki, seçkilərdə kimlərinsə məntəqələrin işinə mane olmasına imkan verilməyəcək.


Baxış sayı: 268


Bölməyə aid digər xəbərlər