Bütün xəbərlər
Tramp yenə Türkiyəni hədələdi
Tarix: 10-10-2019 02:37 | Bölmə: Karusel

                   Tramp yenə Türkiyəni hədələdi


Türkiyə Suriyada hərbi əməliyyatlara başladıqdan sonra ABŞ prezidenti Donald Tramp növbəti dəfə hədələyici sözlər işlədib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Tramp Türkiyəni sanksiyalardan da sərt cəzaların gözlədiyini deyib. Onun sözlərinə görə, ABŞ hərbi əməliyyatlara görə rəsmi Ankaraya qarşı sərt tədbirlər görəcək.
“Mən sanksiyalardan da güclü addımlar atacam”, - deyə Tramp bildirib.
Xatırladaq ki, Donald Tramp daha əvvəl Türkiyə iqtisadiyyatını məhv etməklə hədələmişdi.  


Baxış sayı: 190


Bölməyə aid digər xəbərlər