Bütün xəbərlər
Metro yaxınlığında ər arvadını 20 bıçaq zərbəsilə öldürdü - Foto
Tarix: 06-10-2019 22:15 | Bölmə: Karusel

                    Metro yaxınlığında ər arvadını 20 bıçaq zərbəsilə öldürdü


Bakıda ər arvadını qətlə yetirib.
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə Binəqədi rayonunda, Avtovağzal metrostansiyası yaxınlığında qeydə alınıb.
Nicat Abdullayev küçədə həyat yoldaşı Leyla Abdullayevanı uşaqlarının gözü qarşısında bıçaqlayıb. L. Abdullayevaya 20 bıçaq zərbəsi vurulub. Qadın hadisə yerində həyatını itirib.
Hadisəni törədən N. Abullayev Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisə yerinə Binəqədi Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib. Hadisə zamanı istifadə edilən bıçaq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.



Baxış sayı: 391


Bölməyə aid digər xəbərlər