Bütün xəbərlər
Mingəçevirdə ər və arvada zor tətbiq edən şəxs 4 il sonra tutuldu
Tarix: 03-10-2019 17:25 | Bölmə: Karusel

       

Polis əməkdaşları tərəfindən 4 il əvvəl Mingəçevir şəhəri ərazisində törədilmiş cinayət hadisəsinin üstü açılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, 2015-ci il mayın 31-də şəhər sakini V.İbrahimovun evinə talama məqsədilə girmiş 2 nəfər ona və arvadına zor tətbiq edib, səs-küy yarandığından hadisə yerini tərk ediblər.
Kriminalistik Tədqiqatlar İdarəsi və Mingəçevir ŞPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Z.Məmmədyarov saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.


Baxış sayı: 298


Bölməyə aid digər xəbərlər