Bütün xəbərlər
Bakıda oteldə yanğın oldu - 10 əcnəbi təxliyyə edildi
Tarix: 02-10-2019 21:00 | Bölmə: Karusel

                    Bakıda oteldə yanğın oldu


Bakıda oteldə yanğın qeydə alınıb.
“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda “Emerald suite” otelin beşmərtəbəli binasının zirzəmisində transformatorun sarğıları yanıb.
Bina yanğından mühafizə olunub. Yanğın zamanı binadan 10 nəfər əcnəbi vətəndaş xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Baxış sayı: 247


Bölməyə aid digər xəbərlər