Bütün xəbərlər
Ermənilər Qa­zaxda ekskavato­ru atə­şə tutub - Sürücü yaralanıb
Tarix: 02-10-2019 19:29 | Bölmə: Karusel

               

Azərbaycan-Ermənistan dövlət sər­hə­dində təmas xəttində yer­lə­şən Döv­lət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları davam etməkdədir.
Döv­lət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, bu gün saat 16:55 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yolla­rı­nın salınması ilə məş­ğul olan ekskavato­rumuz düşmən tərə­findən atə­şə tutulub. Nə­­ti­cə­də ekskavatorun sürücüsü mülki şəxs Abı­şov Səfərəli Ələkbər oğlu güllə yarası al­ıb.
Hadisə yerində dərhal mümkün tibbi yar­dım gös­tə­ril­mək­­lə yaralının təcili təxliyəsi təmin olunub, lakin görülən tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün ol­­ma­­yıb.
Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.


Baxış sayı: 302


Bölməyə aid digər xəbərlər