Bütün xəbərlər
Putin Yerevanda Koçaryanın xanımı ilə görüşüb
Tarix: 02-10-2019 12:06 | Bölmə: Karusel

                     Putin Yerevanda Koçaryanın xanımı ilə görüşüb


Rusiya Prezidenti Vladimir Putin ötən gün Yerevanda Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etdikdən sonra hazırda həbsdə olan Ermənistanın eks-Prezidenti Robert Koçaryanın həyat yoldaşı ilə görüşüb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə “168 jam” qəzeti yazıb.
Nəşrin məlumatına görə, Putinin Bella Koçaryanla görüşü Rusiyanın Ermənistandakı səfirliyində baş tutub.
Bildirilir ki, onlar çay süfrəsi arxasında xeyli söhbət ediblər. Əsas müzakirə mövzuları isə Köçaryanın həbsi, onun ətrafında dövr edən vəziyyət, hakimiyyətin hərəkətləri olub.
Görüşlə bağlı digər təfərrüatlar açıqlanmır.
Qeyd edək ki, Robert Koçaryan 1 mart 2008-ci ildə etiraz aksiyaları zamanı konstitusion quruluşu pozmaqda günahlandırılır. Keçmiş prezident 2018-ci ildə iki dəfə həbs edilsə də, daha sonra qısa müddətlik azadlığa buraxılmışdı. O,bu il iyunun 25-dən isə üçüncü dəfə həbs edilib.


Baxış sayı: 318


Bölməyə aid digər xəbərlər