Bütün xəbərlər
Paşinyan, Putin və Ruhani avtobusda "selfi" çəkdirdi
Tarix: 02-10-2019 11:43 | Bölmə: Karusel

Paşinyan, Putin və Ruhani avtobusda


Ötən gün Ermənistanın paytaxtı İrəvanda Avrasiya İqtisadi Birliyinin Ali Şurasının iclası keçirilib.
Open.az xəbər verir ki, iclasda iştirak edən Rusiya prezidenti Vladimir Putin, Qazaxıstanın dövlət başçısı Qasım-Comərd Tokayev, İran prezidenti Həsən Ruhani, Qırğızıstan prezidenti Sooronbay Ceenbekov, Moldova prezidenti İqor Dodon və Ermənistanın baş naziri Nikol Paşinyan toplantıdan sonra avtobusda "selfi" çəkdirib.
Fotonu Paşinyan sosial şəbəkə hesabında yayımlayaraq, "Avtobus "selfi"si... Bu qısa müddətdə mühüm qərarları həll etdik" sözlərini yazıb.
Qeyd edək ki, budəfəki sammitin fəxri qonaqları İran prezidenti Həsən Ruhani, Moldova prezidenti İqor Dodon və Sinqapurun Baş naziri Li Syan Lun olub.


Baxış sayı: 389


Bölməyə aid digər xəbərlər